Dünya

İsrail HƏMAS komandirini öldürdü

28 Apr 2026, 19:56 1 baxış
İsrail HƏMAS komandirini öldürdü
İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin Əl-Qəssam" briqadasının komandiri İyad Əş-Şanbari öldürülüb. Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, o, İsrailin Qəzzada nəqliyyat vasitəsini hədəf alması nəticəsində həlak olub. Bildirilir ki, hücum zamanı komandirin oğlu Salah da öldürülüb. İsrailin hücumu zamanı xeyli sayda insanın yaralandığı qeyd edilir. Xatırladaq ki, 2025-ci il oktyabrın 10-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər