Dünya

ABŞ-də benzinin qiyməti REKORD HƏDDƏ ÇATDI

28 Apr 2026, 17:20 1 baxış
ABŞ-də benzinin qiyməti REKORD HƏDDƏ ÇATDI
ABŞ-də gün ərzində benzin bir qallonunun qiyməti 4.18 dollara (bir litri təxminən 1.1 dollar) yüksələrək 2022-ci ilin avqustundan bəri rekord göstərici olub. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, qiymət bir gün ərzində təxminən 6 sent artıb ki, bu da son beş həftə ərzində ən böyük birgünlük bahalaşmadır. Neft füçerslərinin qiymətlərinin yüksəlməsi Birləşmiş Ştatlarda da benzinin bahalaşmasını tətikləyir. Ən yüksək qiymət Kaliforniya ştatında qeydə alınıb - orada bir qallon benzinin qiyməti 5.96 dollara çatıb. CNN xatırladır ki, ABŞ-də benzin qiymətləri aprelin əvvəlində İranla münaqişədə atəşkəs elan edildiyi andan iki həftə ərzində düşürdü, lakin dalana dirənmiş danışıqlar fonunda yanacaq yenidən bahalaşmağa başlayıb. ABŞ-nin konsaltinq şirkəti "Lipow Oil Associates"in proqnozuna görə, ölkə üzrə benzinin orta qiyməti yaxın bir həftə və ya 10 gün ərzində bir qallon üçün 4.30 dollara qədər yüksələ bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər