Dünya

BƏƏ OPEC və OPEC+ ittifaqlarını tərk edəcək - Tarix açıqlandı

28 Apr 2026, 17:36 1 baxış
BƏƏ OPEC və OPEC+ ittifaqlarını tərk edəcək - Tarix açıqlandı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı il mayın 1-dən etibarən OPEC və OPEC+ alyansını tərk etməklə bağlı qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM xəbər agentliyi yayıb. Agentliyin məlumatına əsasən, BƏƏ-nin OPEC və OPEC+ ittifaqlarından ayrılması dövlətin uzunmüddətli strateji və iqtisadi planları izah edilir. OPEC üzv ölkələrin neft siyasətini əlaqələndirən və qlobal neft bazarını tənzimləyən təşkilatıdır. Buraya 12 ölkə daxildir: Əlcəzair, Konqo Respublikası, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela. OPEC+ isə OPEC və təşkilata üzv olmayan digər əsas neft istehsalçıları arasında genişləndirilmiş əməkdaşlıqdır. Buraya Rusiya, Qazaxıstan, Azərbaycan, Meksika, Oman, Bəhreyn, Bruney, Malayziya, Sudan və Cənubi Sudan daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər