İqtisadiyyat

Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sərgilərinə dair mətbuat konfransı keçirilib - FOTO

28 Apr 2026, 13:08 1 baxış
Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sərgilərinə dair mətbuat konfransı keçirilib - FOTO
Bu gün "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və sərgi təşkilatçıları iştirak ediblər. Sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, mayın 5-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, həmçinin "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisinə maraq artıb. O bildirib ki, artıq 45 ölkədən ümumilikdə 447 şirkət sərgilərdə iştirakını təsdiqləyib. Halbuki daha əvvəl 30-dan çox ölkədən 300-dən artıq şirkətin qatılacağı açıqlanmışdı: "Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Kot-d`İvuar, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxıstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tailand, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir. Qeyd edək ki, indiyədək "Caspian Agro" adı ilə tanınan sərgi bu ildən "Caspian Agro Week" adı altında keçiriləcək. Tədbir çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər".
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər