Dünya
Buryatiyada daha bir faciə: İşçilər qar uçqunu altında qaldılar, ölən var
Rusiyanın Buryatiya Respublikasında, İrokinda mədənində baş verən uçqun nəticəsində altı nəfər qarın altında qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə baş verən zaman doqquz işçi xidməti yolu təmizləyirmiş. Uçqun zamanı onlardan üçü özü xilas olmağı bacarıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır, faktla bağlı cinayət işi açılıb. Sonradan məlum olub ki, uçqun altında qalanlardan birinin meyiti çıxarılıb. Xatırladaq ki, daha əvvəl Buryatiyada Krasnoyarskdan olan yeddi nəfərlik turist qrupu peşəkar bələdçinin müşayiəti ilə Munku-Sardık zirvəsindəki aşırımlardan birində qar uçqununa düşüb. Hadisə zamanı dörd nəfər ölüb, üç turist sağ qalıb. Bundan bir neçə gün əvvəl isə Munku-Sardık dağından eniş zamanı üç nəfər turist donaraq ölmüşdü.
Mənbə
oxu.az