Dünya

Moskvada elit yaşayış binasının tikintisində yanğın: Ölənlər və yaralananlar var - VİDEO

28 Apr 2026, 13:56 1 baxış
Moskvada elit yaşayış binasının tikintisində yanğın: Ölənlər və yaralananlar var - VİDEO
Moskvada elit yaşayış binasının tikinti sahəsində baş verən yanğın nəticəsində üç nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb. "Son məlumata görə, 31 nəfər xilas edilib, yeddi nəfər yaralanıb, üç nəfər isə həlak olub. Binanın ikinci mərtəbəsində xilasetmə işləri davam edir", - deyə açıqlamada bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər