Dünya

Evliliyi xilas etməkdən yazan pastor çoxarvadlılığa görə həbs edildi

28 Apr 2026, 07:42 1 baxış
Evliliyi xilas etməkdən yazan pastor çoxarvadlılığa görə həbs edildi
Həyat yoldaşını sevmək və evliliyi xilas etmək mövzusunda kitab yazan 62 yaşlı pastor Lesli Uilyams Floridada həbs edilib. O, çoxarvadlılıqda (biqamiya) ittiham olunur. xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. Pastor Lesli Uilyams aprelin 22-də Corciya ştatında verilən order əsasında saxlanılıb. O, Florida ştatının təqaüdçülər üçün nəzərdə tutulan "The Villages" icmasında dini xidmətə rəhbərlik edirdi. Keçən ilin dekabr ayında pastor sosial şəbəkələrdə Sindi adlı bir qadınla evləndiyini elan edib. Bu xəbər sosial media istifadəçiləri tərəfindən həm təbriklərlə, həm də pastorun artıq evli olması ilə bağlı təəccüblə qarşılanıb. Hazırda hakimiyyət orqanları pastorun Corciya ştatına ekstradisiyasını tələb edir. Qeyd edək ki, Lesli Uilyams 2017-ci ildə "Onu belə sev: Onu heç vaxt olmadığı kimi sev" adlı kitab nəşr etdirib. "Amazon" platformasındakı kitab təsvirinə görə, müəllif kişilərə münasibət problemlərini necə həll etmək və ailəni dağılmaqdan necə qorumaq barədə məsləhətlər verir. Pastor hazırda girov müqabilində azadlığa buraxılmadan həbsxanada saxlanılır.
Mənbə oxu.az