Siyasət

Qarabağa qayıdan keçmiş məcburi köçkün: "35 il idarədə yaşamışıq"

28 Apr 2026, 06:20 1 baxış
Qarabağa qayıdan keçmiş məcburi köçkün: "35 il idarədə yaşamışıq"
"35 il idi ki, ev üzü görməmişdik. İdarədə yaşamışdıq". Bu sözləri Oxu.Az-a açıqlamasında Füzuli rayonundan köçkün düşmüş Qlavdiya Yusifova deyib. O bildirib ki, doğma yurdundan məcburən çıxanda 35 yaşı olub: "Üç oğlumla Füzulidən İrana, oradan İmişliyə, İmişlidən isə Bayıla gəldik. Burada məskunlaşdıq. 35 il idi ki, ev üzü görməmişdik. İdarədə yaşayırdıq. Allaha şükür, bizə də qismət oldu, Qarabağa qayıdırıq. Qırmızı Bazar qəsəbəsinə köç edirik. Cənab Prezidentimiz sağ olsun, bu gün bizə bu sevinci yaşadır. Artıq mənim də öz evim olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər