Dünya
Dubayda rekord sövdələşmə: 100 milyon dollarlıq torpaq sahəsi satıldı
Dubayın Naya (Jumeirah Bay Island) adasında yerləşən yeganə sahilyanı yaşayış sahəsi 377 milyon dirhəmə (100 milyon dollardan çox) satılıb. Sövdələşməni fərdi alıcı üçün "Dubai Sotheby's International Realty" şirkəti həyata keçirib. Ümumi sahəsi 4 911 kvadratmetrdən çox olan torpaq sahəsində lüks malikanənin tikintisi nəzərdə tutulur. "Gulf News" portalına istinadən xəbər verir ki, bu torpaq sahəsinin bir kvadratmetrinin dəyəri 32 260 dollar təşkil edib. Bu göstərici ABŞ-nin Florida ştatındakı "Palm-Biç" və "İndian-Krik" kimi məşhur kurort zonalarındakı qiymətlərdən də bahadır. Qeyd edək ki, bu sövdələşmə 2026-cı ilin əvvəlindən etibarən Dubayda qeydə alınan ikinci ən böyük yaşayış sahəsi satışı olub. Ümumilikdə, cari ilin əvvəlindən bəri Dubayda dəyəri 350 milyon dirhəmdən (95.3 milyon dollar) yuxarı olan cəmi dörd belə alış-veriş baş tutub. Müqayisə üçün qeyd edək ki, Dubayın digər nüfuzlu sahilyanı rayonlarında torpaq sahələrinin bir kvadratmetrinin orta qiyməti adətən 8800-17 600 dollar aralığında dəyişir.
Mənbə
oxu.az