Dünya

KİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edir

28 Apr 2026, 02:12 1 baxış
KİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edir
ABŞ vitse-prezidenti Cey. Di. Vens qapalı iclaslarda Pentaqonun İranla müharibə ilə bağlı təqdim etdiyi məlumatların düzgünlüyünü dəfələrlə şübhə altına alıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Atlantic" administrasiyadakı iki yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Vens ABŞ-nin sərəncamında qalan raketlərin həcminin və İranda dağıntıların miqyasının şişirdildiyini düşünür. Lakin o, Pentaqonun Prezident Donald Trampı qəsdən yanıltdığına dair konkret ittihamlar səsləndirməyib. Mənbələr bildiriblər ki, ABŞ-nin müdafiə naziri Pit Heqsetin optimist açıqlamaları prezidentin eşitmək istədiyi məlumatları təqdim etmək istəyi ilə bağlı ola bilər. "Televiziyada iş təcrübəsi Pitə Trampa necə yanaşmağı və onun necə düşündüyünü anlamağı öyrədib", - deyə Tramp administrasiyasının keçmiş əməkdaşlarından biri bildirib. Vens isə nəşrə açıqlamasında müdafiə nazirinin fəaliyyətini yüksək qiymətləndirib. Mənbələrin sözlərinə görə, döyüş meydanındakı real vəziyyət Pentaqon rəhbərliyinin təsvir etdiyi qədər optimist deyil. Nəşrin ixtiyarında olan kəşfiyyat qiymətləndirmələrinə əsasən, İran aviasiyasının üçdə ikisini, raket buraxılış qurğularının böyük hissəsini və Hörmüz boğazında gəmiçiliyə əsas təhlükə yaradan sürətli kiçik katerlərin əksəriyyətini qoruyub saxlayıb. Bundan əlavə, Tehran hər gün yeni buraxılış qurğularını istifadəyə verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər