Şou biznes
Məşhur aktyor səhhətindəki problemlərə görə karyerasına fasilə verir
Məşhur britaniyalı aktyor Tom Hardi səhhətindəki problemlər səbəbindən karyerasına fasilə verməyə hazırlaşır. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Aktyorun sözlərinə görə, o, artıq dizlərindən iki dəfə əməliyyat keçirib. Bununla yanaşı, o, fəqərəarası diskin zədələnməsi və oturaq sinirin nevriti (siyatika) kimi xəstəliklərdən əziyyət çəkir. "Hər şey dağılır və bundan sonra daha yaxşı olmayacaq", - deyə o etiraf edib. İnsayderlərin ehtimallarına görə, aktyorun çəkilişlərdən imtina etmək qərarı təkcə səhhəti ilə deyil, həm də ailəsinə vaxt ayıra bilməməsi ilə bağlıdır. Qeyd edək ki, aktyor həmkarı Şarlotta Rayli ilə evlidir və cütlüyün iki övladı var. Hardinin əvvəlki münasibətindən isə 17 yaşlı bir oğlu da mövcuddur. "Tom kino sənayesində ən məşğul insanlardan biridir. Şarlotta onu demək olar ki, görmür", - deyə nəşrdə qeyd olunur. Bir müddət əvvəl Tom Hardi və Şarlotta Rayli Barbadosdakı çimərliklərin birində görüntüləniblər. "Venom" filminin ulduzunun kameralara düşən yeni görünüşü pərəstişkarlarının diqqətindən yayınmayıb və onun fiziki formasında dəyişikliklər müşahidə edilib.
Mənbə
oxu.az