Dünya
Kriştianu Ronaldunun effektiv diyeti: Rusiyalı mütəxəssis futbolçunun qidalanmasını dəyərləndirib
Məşhur futbolçu Kriştianu Ronaldunun keçmiş şəxsi aşpazı Corco Barone futbolçunun ciddi pəhriz rejimi barədə məlumat verib. 41 yaşlı superulduz şəkər, süd və undan tamamilə imtina edib. İdmançı karbohidratları əsasən tərəvəzlər vasitəsilə qəbul edir, şam yeməyində isə balıq və ya ət filesi kimi yüngül qidalara üstünlük verir. xəbər verir ki, rusiyalı diyetoloq Anton Polyakov "Aif.ru" saytına verdiyi müsahibədə Ronaldunun qidalanma rejimini qiymətləndirib. Ekspert bu menyunun olduqca səmərəli olduğunu vurğulayıb: "Ronaldu "eliminasiya pəhrizi"nin yüngül modifikasiyasını həyata keçirir. Bu rejim orqanizmdə iltihaba, maye toplanmasına və çəki artımına səbəb ola biləcək qlüten tərkibli məhsulların, süd məhsullarının, həmçinin qarğıdalı, günəbaxan və kanola yağlarının rasiondan çıxarılmasını nəzərdə tutur". Diyetoloqun sözlərinə görə, bu yanaşma formatında müəyyən qida qrupları və allergiyaya səbəb ola biləcək məhsullar bir neçə aylıq müddətə rasiondan kənarlaşdırılır: "Qidalar orta hesabla 6 ay müddətinə rasiondan çıxarılır. Daha sonra ayda bir dəfə bir qida qrupu əlavə olunur və orqanizmin buna reaksiyası, sağlamlıq vəziyyəti və çəki dəyişikliyi izlənilir. Əgər heç bir mənfi dəyişiklik baş vermirsə, həmin qidalar rasiona qaytarıla bilər. Lakin mənfi simptomlar müşahidə olunarsa, bu məhsullar ömürlük rasiondan çıxarılmalıdır".
Mənbə
oxu.az