Dünya

Fransada həbsxana böhranı: İşçilər ayağa qalxdılar

28 Apr 2026, 01:18 1 baxış
Fransada həbsxana böhranı: İşçilər ayağa qalxdılar
Fransada bir sıra islah müəssisələrində tətil aksiyaları keçirilib. UFAP-UNSA Həbsxana Mühafizəçiləri Həmkarlar İttifaqının çağırışı ilə əməkdaşlar həbsxanaların həddindən artıq dolu olması və xroniki kadr çatışmazlığına etiraz ediblər. Oxu.Az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, həbsxana və istintaq təcridxanalarının əməkdaşları mitinqlər təşkil edərək məhbusların konvoyla aparılmasını məhdudlaşdırıb, bəzi hallarda isə girişləri bağlayıblar. Aksiyalar Lion, Valans, Burj, Ebrö, Trua, Amyen və digər şəhərlərdə keçirilib. Son aylarda həbsxana mühafizəçiləri və müəssisə rəhbərləri ölkənin penitensiar sisteminin dağılmaq həddinə çatdığını bildirirlər. Yanvarın sonunda Avropa Şurası (AŞ) Fransadakı həddindən artıq dolu həbsxanaların vəziyyətini tənqid edib və oradakı şəraiti antisanitar kimi qiymətləndirib. Martın 1-nə olan məlumata görə, həbsxanaların ümumi doluluq səviyyəsi 137,5% təşkil edib. Bu isə 63 500 yerə 87 000-dən çox məhbusun düşməsi deməkdir. Fransadakı vəziyyət Avropada ən ağır durumlar sırasındadır; yalnız Sloveniya və Kiprdə göstəricilər daha pisdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər