Dünya

ABŞ Ədliyyə Nazirliyi: "Məxfi Xidmət əməkdaşına kimin atəş açdığı hələ təsdiqlənməyib"

28 Apr 2026, 01:48 1 baxış
ABŞ Ədliyyə Nazirliyi: "Məxfi Xidmət əməkdaşına kimin atəş açdığı hələ təsdiqlənməyib"
ABŞ Ədliyyə Nazirliyinə rəhbərlik edən, baş prokuror vəzifəsinin icraçısı Todd Blanş aprelin 25-də Ağ Evin rəhbəri Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı ABŞ Məxfi Xidmət əməkdaşına Koul Tomas Allenin atəş açdığını təsdiqləməyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə T.Blanş mətbuat konfransında bildirib. * Koul Allenə qarşı Trampa sui-qəsd cəhdi ittihamı irəli sürülüb "Biz bunu hələ araşdırırıq", - deyə o, ABŞ Məxfi Xidmət əməkdaşına atəş açan şəxsin Allen olub-olmaması ilə bağlı suala cavab verərkən qeyd edib. Onun sözlərinə görə, insident zamanı ümumilikdə altı atəş açılıb, lakin Allen yalnız bir dəfə atəş edib. "Görünür, beş atəş hüquq-mühafizə orqanları tərəfindən açılıb", - deyə Blanş bildirib. O əlavə edib ki, söhbət eyni silahdan açılan beş atəşdən gedir. Blanş vurğulayıb ki, istintaq Allenin öz ov tüfəngindən atəş açdığını düşünür və bunu təsdiqləyən sübutlar mövcuddur. Onun sözlərinə görə, istifadə olunmuş giliz də silahın içində qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər