Dünya

Koul Allenə qarşı Trampa sui-qəsd cəhdi ittihamı irəli sürülüb

28 Apr 2026, 00:48 1 baxış
Koul Allenə qarşı Trampa sui-qəsd cəhdi ittihamı irəli sürülüb
Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açmaqda şübhəli bilinən Koul Allenə ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdi ittihamı irəli sürülüb. Oxu.Az BBC telekanalına istinadən xəbər verir ki, Allen həmçinin zorakı cinayət törədərkən odlu silahdan istifadə etməkdə və ağır cinayət törətmək üçün ştatlararası ticarətdə odlu silah daşımaqda ittiham olunub. * Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO * Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb * Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb * Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb Bu maddələr üzrə onu 10 ilə qədər həbs gözləyir. Əgər məhkəmə Alleni prezidenti öldürməyə cəhddə təqsirli bilsə, ona ömürlük həbs cəzası verilə bilər. Hazırda müttəhim hər üç ittihamı rədd edir. Federal prokuror məhkəmə iclasında iddia edir ki, Allen sui-qəsd törətmək üçün bir neçə ştatı keçib. Mövcud məlumatlara görə, onun yanında 12 kalibrli pompalı tüfəng, üç bıçaq və digər silahlar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər