Dünya
Cənubi Sudanda təyyarə qəzasında bütün sərnişinlər həlak oldu
Aprelin 27-i Cənubi Sudanın paytaxtı Cubanın cənub-qərbində təyyarə qəzaya uğrayıb və göyərtəsindəki 14 nəfər həlak olub. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb. "CityLink Aviation" şirkəti tərəfindən idarə olunan "Cessna 208 Caravan" hava gəmisi Yei şəhərindən Cuba beynəlxalq hava limanına uçuş zamanı onunla əlaqə kəsilib. Təyyarənin göyərtəsində 13 sərnişin (onlardan ikisi Keniya, 12-si Cənubi Sudan vətəndaşı) və bir pilot olub. İlkin məlumatlara görə, qəzaya səbəb olan amillər əlverişsiz hava şəraiti ola bilər.
Mənbə
oxu.az