Dünya

Hindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir

27 Apr 2026, 21:36 1 baxış
Hindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir
Hindistanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "Sun Pharmaceutical Industries" ABŞ-nin "Organon" şirkətini satın almağa hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında bildirilib. Məlumata görə, "Sun Pharma" "Organon"un hər bir səhmi üçün nağd şəkildə 14 dollar ödəməyi planlaşdırır. Sövdələşmənin ümumi dəyərinin 11.75 milyard dollar olacağı qeyd edilir. Təxminən 45 milyard dollar bazar kapitalizasiyasına malik olan "Sun Pharma" əsasən generik dərmanların istehsalı üzrə ixtisaslaşıb. "Organon" isə qadın sağlamlığı və ümumi tibbi sahədə 70-dən çox məhsul portfelinə sahibdir. Bu məhsullar 140 ölkədə satışdadır. Şirkətin bazar kapitalizasiyası 2.93 milyard dollar, 2025-ci ildə gəliri isə 6.2 milyard dollar təşkil edib. Qeyd olunur ki, bu sövdələşmə əczaçılıq sənayesinin tarixində ən iri anlaşmalardan biri olacaq və Hindistan istehsalçısına qadın sağlamlığı sahəsində qlobal miqyasda aparıcı üçlükdə yer almağa imkan verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər