Dünya

Brent markalı neftin qiyməti 109 dolları ötüb

27 Apr 2026, 20:44 1 baxış
Brent markalı neftin qiyməti 109 dolları ötüb
Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyul ayı üzrə füçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə 109 dolları ötüb. Oxu.Az xəbər verir ki, bunu ticarət məlumatları göstərir. Bakı vaxtı ilə saat 19:21-ə olan məlumata görə, "Brent" nefti 3.66% bahalaşaraq, bir barel üçün 109.18 dollar təşkil edib. Saat 19:26-da isə artım tempi bir qədər zəifləyib və "Brent" 3.61% artımla 109.13 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, WTI neftinin 2026-cı ilin iyun ayı üzrə füçersləri 3% bahalaşaraq, bir barel üçün 97.23 dollara yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər