Siyasət
Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq
"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir". Oxu.Az xəbər verir ki, bunu bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində Çex Respublikasının Baş naziri Andrey Babiş APA-ya açıqlamasında deyib.
O bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə etdiklərini və layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib. "Bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik", - Andrey Babiş vurğulayıb. Çex Respublikasının baş naziri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. O qeyd edib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi Çexiyanı sevindirir: "Bu proses bizi sevindirir. Münasibətlərin normallaşması və regionda gərginliyin azalması müsbət haldır və biz bunu dəstəkləyirik".

Mənbə
oxu.az