Dünya

İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib

27 Apr 2026, 20:54 1 baxış
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib. Oxu.Az bildirir ki, bu barədə "Qolos İsrailya" "Telegram" kanalı məlumat yayıb. Məlumata əsasən, tənzimləyici qurum "Bits of Gold" şirkətinə ciddi nəzarət altında steyblkoinin buraxılması və dövriyyəyə buraxılması üçün icazə verib. Bildirilir ki, rəqəmsal sikkə 1:1 nisbətində ehtiyatlarla təmin olunacaq. Aktivlər İsraildə ayrıca hesablarda saxlanılacaq, həmçinin likvidlik və dərhal geri ödəmə mexanizmləri də nəzərdə tutulub. Steyblkoin sürətli pul köçürmələri, rəqəmsal aktivlərlə ticarət və maliyyə təşkilatları arasında hesablaşmalar üçün istifadə olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər