Siyasət
Prezident: "Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk"
"Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib: Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.
Mənbə
oxu.az