Dünya

Almaniya kansleri: "İran amerikalıları alçaldır"

27 Apr 2026, 19:54 1 baxış
Almaniya kansleri: "İran amerikalıları alçaldır"
Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Birləşmiş Ştatlar İran tərəfindən alçaldıcı vəziyyətə salınıb, çünki Vaşinqtonun hərbi kampaniyanı necə başa çatdıracağı ilə bağlı aydın təsəvvürü yoxdur. Oxu.Az bu barədə "N-TV" portalına istinadən xəbər verir. "Görünən odur ki, amerikalıların strategiyası yoxdur. Xüsusən də iranlıların danışıqları çox məharətlə apardıqlarını - yaxud da çox məharətlə aparmadıqlarını nəzərə alsaq, hazırda amerikalıların hansı strateji çıxış yolunu seçəcəklərini görmürəm", - deyə siyasətçi bildirib. Almaniya hökumətinin başçısı vurğulayıb ki, amerikalılar İran dövlət aparatı tərəfindən, ilk növbədə isə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən alçaldılma ilə üzləşirlər. F.Merts həmçinin Əfqanıstan və İraqdakı münaqişələrlə paralellər apararaq qeyd edib ki, əsas çətinlik hər zaman hərbi əməliyyatları bitirmək yolunu tapmaqdır. Onun sözlərinə görə, məhz buna görə də İrana qarşı müharibəyə başlamaq qərarı düşünülməmiş addım olub. Siyasətçi bütün bunların ən qısa zamanda başa çatacağına ümid etdiyini bildirib, lakin mövcud vəziyyətdə belə bir perspektiv görmədiyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər