Siyasət
Çexiyanın baş naziri: "Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir"
"Bizim milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın baş naziri deyib: "Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək, çox şad olarıq".
Mənbə
oxu.az