İqtisadiyyat
Büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanan nöqsanların sayı AÇIQLANDI
36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
O bildirib ki, müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticəəsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə edilib: "Hesab edirik ki, Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bəzi nöqsanların, o cümlədən vəsaitin təyinatı üzrə istifadəsi, vəsaitlərin icra edilməyərək bank hesablarında saxlanılması üzrə nöqsanların azalmasına xidmət edəcək. İlkin müşahidələr bu istiqamətdə irəliləyişlərin olduğunu deməyə imkan verir".

Mənbə
oxu.az