Siyasət
Prezident: "Çexiya ilə çox fəal siyasi dialoqumuz var"
"Bu, (Çexiyanın baş nazirinin səfəri - re.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib. "Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır", - deyə dövlətimizin başçısı əlavə edib.
Mənbə
oxu.az