İdman

"Qalatasaray" "Fənərbağça"nı darmadağın etdi

26 Apr 2026, 23:34 1 baxış
"Qalatasaray" "Fənərbağça"nı darmadağın etdi

Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçirilib.


Axar.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


"Qalatasaray"ın heyətində qolları Viktor Osimhen, Barış Alpər Yılmaz və Lukas Torreyra vurublar. "Fənərbağça"da Anderson Talişka 14-cü dəqiqədə penaltidən yararlana bilməyib. Qonaqlar 62-ci dəqiqədə isə azlıqda qalıblar. Qapıçı Ederson ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.


Bu nəticədən sonra xallarını 74-ə çatdıran "sarı-qırmızılar" çempionluq yolunda vacib addım atıb. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qalıblar.


Qeyd edək ki, günün digər matçında "Gənclərbirliyi" evdə "Kocaelispor"u 1:0 hesabı ilə məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər