Dünya
Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar. Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, "Dünyanın ən təhlükəsiz ölkəsində" daşınmaz əmlaka olan tələbat üç dəfə artıb. Məlumata əsasən, Yaxın Şərqdə baş verən hadisələr fonunda Yeni Zelandiya rieltorları daşınmaz əmlak seçimi ilə bağlı rusiyalı zənginlərdən müraciətlərin kəskin artdığını bildirirlər. Əsasən, rusdilli icmanın olduğu şəhərlərə üstünlük verilir. Bunlara Oklənd, Vellinqton və Kraystçörç daxildir. Daşınmaz əmlakın qiyməti 23 milyon rubldan (təxminən 500 min manat) başlayır və 200 milyona (təxminən 4.5 milyon manat) qədər çatır. Yeraltı sığınacaqları olan kotteclər xüsusi VIP seqment hesab olunur. Yerli agentliklərin verdiyi məlumata görə, bu cür obyektlər yalnız yoxlanışdan keçmiş elit müştərilərə göstərilir. Eyni zamanda, hazır evə əlavə olaraq bunker də tikdirmək mümkündür. Bunun xərci isə dörd milyondan (təxminən 90 min manat) 40 milyon rubla (təxminən 900 min manat) qədər dəyişir. Hazırda ən ucuz variant - partlayışa və qaza davamlı lükü, həmçinin sukeçirməz kompozit konstruksiyası olan kiçik otaqdır. Əlavə olaraq hava filtrasiyası sistemləri (kimyəvi, bioloji, radioloji, partlayışdan qorunan və nüvə), eləcə də alov və qığılcımların yayılmasının qarşısını alan xüsusi qoruyucu avadanlıqlar quraşdırmaq olar. Daha bahalı təkliflər isə tamölçülü yeraltı mənzillərdir. Lüks bunkerlər çoxuşaqlı ailələri və bütöv qrupları yerləşdirmək imkanına malikdir. Onlar tam təchiz olunub və orada uzun müddət yaşamaq mümkündür. Lakin bəzi nüanslar mövcuddur. "Təhlükəsiz ölkədə" hazır evləri indi yalnız yaşamaq icazəsi olanlar və ya zəngin investorlar üçün nəzərdə tutulmuş yerli "qızıl viza" sahibləri ala bilərlər. Digər əcnəbilərə isə yalnız yeni tikililərdəki mənzilləri, xüsusi kompleksləri və torpaq sahələrini almağa icazə verilir. Rusiya vətəndaşları məhz bu imkandan istifadə edirlər. Onlar torpaq sahələri alaraq, orada təqribən 100 kvadratmetr sahəsi olan sığınacaqlı evlər tikirlər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az