İqtisadiyyat

Nazirlər Kabinetindən fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı QƏRAR

24 Apr 2026, 15:55 1 baxış
Nazirlər Kabinetindən fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı QƏRAR
Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına hansı hallarda icazənin verilməsi göstərilib: - Çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda. - Çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda. - Çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.
Mənbə oxu.az

Oxşar Xəbərlər