Dünya
Corciya ştatında meşə yanğınları 90-a yaxın evi məhv edib - VİDEO
Son 48 saat ərzində Corciya ştatında baş verən meşə yanğınları nəticəsində 90-a yaxın yaşayış evi tamamilə yanaraq məhv olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "ABC News" telekanalı açıqlayıb.
Bildirilib ki, quru və isti hava şəraiti, eləcə də şiddətli külək yanğınsöndürənlərin alovu söndürməsinə mane olur. Qeydə alınan ən böyük yanğın ocağının əhatə dairəsi 13.7 min hektar olaraq qiymətləndirilir. Hazırda 1 000-ə qədər yaşayış evi və müxtəlif təyinatlı digər tikililər yanmaq təhlükəsi ilə üz-üzə qalıb. Təbii fəlakətlə əlaqədar olaraq minlərlə sakin öz evlərindən təhlükəsiz ərazilərə təxliyə edilib. İndiyədək ölən və ya xəsarət alanlar barədə heç bir rəsmi məlumat daxil olmayıb.

Mənbə
oxu.az