Dünya

ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən REAKSİYA

24 Apr 2026, 12:22 1 baxış
ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən REAKSİYA
İspaniyanın Baş naziri Pedro Sançes İranla münaqişədəki mövqeyinə görə rəsmi Madridə qarşı ABŞ-nin mümkün tədbirləri barədə xəbərləri şərh edib. O bildirib ki, İspaniya hakimiyyəti yalnız rəsmi sənədlərə əsaslanır, daxili sızmalara cavab vermək niyyətindən uzaqdır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Biz elektron məktublar əsasında işləmirik. ABŞ hökumətinin rəsmi mövqeyini şərh edə bilərik", - deyə nazir bildirib. ABŞ-nin Hərb Nazirliyində (Pentaqon) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzrə bəzi müttəfiqlərin rəsmi Vaşinqtona İranla müharibədə kömək etmədiklərinə görə cəzalandırılması nəzərdən keçirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə yaxından tanış olan özəl mənbələrinə istinadən məlumat yayıb. Xüsusilə İspaniyanın NATO üzvlüyündən çıxarılması planı və Böyük Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı ABŞ-nin mövqeyini yenidən nəzərdən keçirildiyi vurğulanır. Materialda qeyd edilir ki, müvafiq təkliflər Pentaqonun yüksəkrütbəli rəsmiləri arasında daxili elektron məktublarda əks olunub. Yazışmalarda Vaşinqtonun NATO-nun bəzi müttəfiqlərinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı ABŞ ordusuna öz ərazilərindəki bazalardan istifadəyə icazə verməməsindən məyusluq ifadə edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər