Dünya

Yaponiyada təbii fəlakət tüğyan edir: Minlərlə sakin üçün təxliyə qərarı verildi - VİDEO

24 Apr 2026, 12:36 1 baxış
Yaponiyada təbii fəlakət tüğyan edir: Minlərlə sakin üçün təxliyə qərarı verildi - VİDEO
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında meşə yanğınları artıq 430 hektardan çox ərazini əhatə edib. Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat nümayəndələrinə məlumat verib.
"Bu gün səhər saat 8-ə olan məlumata görə, yanğın Otsuti qəsəbəsinin Kotsuti bölgəsində təqribən 105, Kirikiri bölgəsində isə 326 hektar ərazidə yayılıb", - deyə o qeyd edib. Kihara əlavə edib ki, indiyədək bir nəfərin xəsarət alması barədə məlumat var: yerli sakin təxliyə məntəqəsində yıxılaraq yüngül xəsarət alıb. Baş katibin sözlərinə görə, hazırda 2 588 nəfər üçün təxliyə elan olunub və meşəlik əraziyə yaxın qəsəbələrin 301 sakini artıq bu imkandan yararlanıb. Hadisə yerində yanğınsöndürənlər Özünümüdafiə Qüvvələrinin hərbçilərinin dəstəyi ilə alovla mübarizəni davam etdirirlər. Qeyd olunub ki, İvate prefekturasında artıq üçüncü gündür davam edən güclü meşə yanğınlarının tüğyan etdiyi ərazilərə bitişik kənd və qəsəbələrin ümumi əhalisi təxminən 10 min nəfər təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər