Digər

ABŞ hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi

24 Apr 2026, 12:24 1 baxış
ABŞ hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.


Axar.az xəbər verir ki, bu, "Flightradar24" xidmətinin məlumatlarından bəlli olur.


Bakı vaxtı ilə saat 8:51-də "RCH525" çağırış işarəsi olan təyyarə ümumi fövqəladə vəziyyətə işarə edən "7700" siqnalını ötürüb.


Uçuş izləmə məlumatlarına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qalxıb və Türkiyənin İncirlik aviabazasına eniş edib.


Təyyarənin həyəcan siqnalı vermə səbəbi hələlik məlum deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər