Dünya
Tramp Senatdakı demokratların "ağlayan" liderini istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Konqresin Senatındakı (yuxarı palata - red.) demokrat azlığın rəhbəri Çak Şumeri tutduğu vəzifədən istefa verməyə çağırıb. Oxu.Az xəbər verir ki, Ağ Ev lideri bu fikirləri özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağlayan Çak Şumer bu səbəbdən istefaya getməlidir. Heç kəs onun arxasınca ağlamayacaq", - deyə o bildirib. Bu sözlərlə ABŞ rəhbəri Milli Sərhəd Patrul Şurasının ("National Border Patrol Council" - NBPC) həmkarlar ittifaqının Şumeri ABŞ Sərhəd Xidməti, eləcə də İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) işçilərinə qarşı hücumda ittiham edən bəyanatını şərh etmiş olub.
Mənbə
oxu.az