Digər
"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO
Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir. 23-25 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Fibonaççi Avrasiya Robot Olimpiadasında iştirak edən "İDSchool" şagirdləri Azərbaycanı təmsil edərək öz bilik və bacarıqlarını beynəlxalq platformada nümayiş etdirirlər. Qeyd edək ki, "İDSchool" komandaları bu yarışa uğurlu nəticələrlə yollanıb. Belə ki, 7-8 mart tarixlərində Bakıda keçirilən Fibonaççi Beynəlxalq Robot Olimpiadasında mərkəz 7 komanda ilə iştirak edib və 6 müxtəlif mükafat qazanıb. Şagirdlərin nümayiş etdirdiyi texniki biliklər, yaradıcı yanaşma və komanda işi onların yüksək səviyyəli hazırlığını bir daha təsdiqləyib. "İDSchool" layihəsi "İDTech" şirkətinin tərkibində fəaliyyət göstərir və 8-16 yaşlı uşaqlar üçün müasir İT sahələri üzrə tədris proqramları təqdim edir. Tədris çərçivəsində şagirdlər robototexnika, proqramlaşdırma, dron mühəndisliyi, kibertəhlükəsizlik və süni intellekt kimi istiqamətlərdə praktiki bilik və bacarıqlar əldə edirlər. "İDSchool"un beynəlxalq yarışlarda davamlı iştirakı və əldə etdiyi nailiyyətlər ölkəmizdə texnoloji təhsilin inkişafına verilən töhfə olmaqla yanaşı, gələcək nəsil mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Ünvan: "Park Azure" ikinci mərtəbə, Afiyəddin Cəlilov küç. Tel: +99410 333 1314 "Instagram": idschool.az Veb-sayt: idschool.az
Mənbə
oxu.az