Dünya

Böyük Britaniyada hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur

24 Apr 2026, 07:42 1 baxış
Böyük Britaniyada hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur
Böyük Britaniyada hər il 403 mindən çox insana xərçəng diaqnozu qoyulur. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti "Cancer Research UK" xeyriyyə təşkilatının hesabatına istinadən xəbər yayıb. Hesabata əsasən, xəstəliyə yoluxma halları rekord həddə çatıb: artıq ölkədə hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur. Statistikaya nəzər saldıqda görünür ki, 10 il əvvəl hər 100 min nəfərə 610 xəstəlik halı düşürdüsə, hazırda bu rəqəm 620-yə yüksəlib. Xəstəliyin erkən mərhələdə aşkarlanması göstəricisi isə cüzi artaraq 54%-dən 55%-ə çatıb. Mütəxəssislər diaqnoz qoyulan xəstələrin sayının artmasını bir neçə amillə izah edirlər: - Ölkə daxilində kütləvi skrininq müayinələrinin genişləndirilməsi xəstəliyin daha çox insanda vaxtında aşkarlanmasına şərait yaradır. - Əhalinin yaşlanması və ümumi sayının artması xərçəng riski yüksək olan yaş qruplarının çoxalmasına səbəb olur. - Piylənmə və tütün məhsullarından istifadə kimi qarşısı alına bilən amillər də statistikaya mənfi təsir göstərir. Məsələn, Böyük Britaniyada illik təxminən 57 700 xərçəng hadisəsi məhz siqaret çəkməklə birbaşa bağlıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər