Şou biznes

"Spotify"də ən çox kimə və hansı mahnılara qulaq asılıb? - REYTİNQ

24 Apr 2026, 03:20 1 baxış
"Spotify"də ən çox kimə və hansı mahnılara qulaq asılıb? - REYTİNQ
"Spotify" musiqi platforması özünün 20 illik yubileyi şərəfinə servis tarixində ən çox dinlənilən artistlərin, mahnıların, albomların və podkastların siyahısını dərc edib. Hazırda tətbiqin dünyada təxminən 290 milyon abunəçisi var. Oxu.Az "daily.afisha.ru" saytına istinadən xəbər verir ki, bütün dövrlərin ən populyar 20 artisti siyahısına Teylor Svift, Bed Banni (Bad Bunny), Dreyk (Drake), "The Weeknd", Ariana Qrande, Ed Şiran, Castin Biber, Billi Ayliş, Eminem, Kanye Uest, Trevis Skott, BTS, "Post Malone", Bruno Mars, Cey Balvin, Rihanna, "Coldplay", Kendrik Lamar, "Future", "Juice WRLD" daxil olub. Statistikaya görə, ən çox dinlənilən albom Bed Banninin "Un Verano Sin Ti" işi, striminq tarixinin ən populyar mahnısı isə "The Weeknd"in "Blinding Lights" parçası seçilib. Podkastlar kateqoriyasında isə liderlik Co Roqanın "The Joe Rogan Experience" layihəsinə məxsusdur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər