Dünya

Zelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq"

24 Apr 2026, 02:12 1 baxış
Zelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq"
"Ukrayna tamdəyərli çoxkomponentli hava hücumundan müdafiə (HHM) sisteminin yaradılmasına kömək edə bilər və artıq bu sahədə bir sıra ölkələrlə əməkdaşlıq edir. Qafqaz regionu ilə əməkdaşlıq hazırlıq mərhələsindədir, digər tərəfdaşlarla müdafiə layihələri üzrə razılaşmalar davam edir". Oxu.Az Oboz.ua-ya istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenski Kiprdə Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçılarının iclas iştirakçılarına müraciətində bildirib. Volodimir Zelenski pilotsuz uçuş aparatları (PUA) sahəsində Kiyevlə sıx əməkdaşlıq edən hər bir ölkəyə və bütün liderlərə təşəkkür edib: "Belə aktiv qarşılıqlı fəaliyyət Yaxın Şərq və Körfəz regionu ölkələri ilə mövcuddur. Bundan əlavə, dövlətimiz Qafqaz regionu ilə əməkdaşlıq hazırlayır və digər tərəfdaşlarla danışıqlar aparır".
Mənbə oxu.az

Oxşar Xəbərlər