Dünya
ABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıb
ABŞ-nin "USS George H. W. Bush" atom aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu cümə axşamı regiondakı hərbi-dəniz qruplaşmasını gücləndirmək üçün Yaxın Şərqə gəlib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Göyərtəsində 48 ədəd "F/A-18E/F" qırıcı təyyarəsi olan aviadaşıyıcıdan başqa, qrupa 1 600 km mənzilə malik "Tomahawk" qanadlı raketləri ilə təchiz olunmuş "USS Mason", "USS Donald Cook" və "USS Ross" esminesləri daxildir. Bununla da CENTCOM-un Yaxın Şərqdə artıq üç aviadaşıyıcı zərbə qrupu mövcuddur. Ərəbistan dənizində "USS Abraham Lincoln" aviadaşıyıcısı, Qırmızı dənizdə isə "USS Gerald R. Ford" aviadaşıyıcısı yerləşir.
Mənbə
oxu.az