Dünya

Tramp İrana qarşı nüvə silahından istifadə edəcək? - ÖZÜ AÇIQLADI

24 Apr 2026, 01:44 1 baxış
Tramp İrana qarşı nüvə silahından istifadə edəcək? - ÖZÜ AÇIQLADI
"ABŞ İrana qarşı nüvə silahından istifadə etmək niyyətində deyil, Vaşinqtonun Tehranla bağlayacağı saziş isə bütün dünyanı "nüvə silahlı dəlilər"dən qorumalıdır". Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib. Jurnalist prezidentə ABŞ-nin İranda nüvə silahı tətbiq etməyə hazırlaşıb-hazırlaşmadığı barədə sual verib. "Xeyr. Nə qədər axmaq sualdır - bu mənim nəyimə lazımdır? Onları konvensional üsulla tamamilə məhv etdiyimiz halda, mən niyə nüvə silahından istifadə etməliyəm?", - deyə Donald Tramp cavab verib. "Mən ölkəmizin və bütün dünyanın "nüvə silahlı dəlilər"dən təhlükəsizliyini təmin edəcək bir saziş bağlamaq istəyirəm", - deyə respublikaçı lider əlavə edib. O, həmçinin qeyd edib ki, saziş məsələsində tələsmək istəmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər