Dünya

Tramp: "İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər"

24 Apr 2026, 01:54 1 baxış
Tramp: "İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər"
"İranlı mütəxəssislər ABŞ-yə çata biləcək raketləri kifayət qədər qısa müddətdə hazırlaya bilərlər". Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda jurnalistlərə bildirib. "Onların artıq Avropanı vura biləcək raketləri var, lakin bizə çata bilmirlər. Bununla belə, əgər biz bu problemin həlli üçün heç nə etməsək, çox güman ki, yaxın gələcəkdə onların ABŞ-ni təhdid edə biləcək raketləri də olacaq", - deyə Tramp vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər