Digər
Pakistanda silahlı hücum: Türkiyə vətəndaşı öldürüldü
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində mis və qızıl mədəninə silahlı hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Məlumata görə, Çaqay rayonunun Darigvan ərazisində Pakistanın “National Resources Private Limited” (NRL) şirkətinə məxsus mədənə təxminən 40 silahlı şəxs hücum edib.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub. Ölənlər arasında bir Türkiyə vətəndaşı, 6 işçi və 3 mühafizəçi var.
Mənbə
axar.az