Cəmiyyət
Paşinyan Anna ilə barışdı
Ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə şadam.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.
“Anna boşanmağımızı elan edəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma razı olduğumu bildirmədim.
Təbii ki, yenidən birləşməyimiz üçün səylər göstərdim və bunun baş verməsinə sevinirəm”, – Paşinyan bildirib.
Qeyd edək ki, Nikol Paşinyanla Anna Akopyan aralarındakı vətəndaş nikahına bir müddət öncə son vermişdilər. Lakin Nikol Paşinyan Gümrüyə təbliğat səfərinə gedərkən onu Anna Akopyanın müşayiət etməsi diqqət çəkmişdi.
Mənbə
axar.az
Oxşar Xəbərlər