Cəmiyyət

Xəzərin səviyyəsi 21 metr azala bilər

23 Apr 2026, 13:33 2 baxış
Xəzərin səviyyəsi 21 metr azala bilər

Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər.


Axar.az xəbər verir ki, bunu Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində deyib.


Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı vacibdir.


BMT Baş katibinin müavini İnger Andersen də ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər