Cəmiyyət
Sel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcək
Tərtərçay ətrafında sel və daşqın sularından mühafizə tədbirləri üçün işlər görüləcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib. Belə ki, Tərtər rayonu ərazisində Bərdə-Tərtər magistral avtomobil yolunun və Bayraq Meydanı kompleksi ərazisinin Tərtərçay ətrafında sel və daşqın sularından mühafizəsi tədbirləri həyata keçiriləcək. Bununla bağlı tədbirlərə 2 milyon 434 min 486 manat xərclənəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər