Digər

Azər Abbasova yüksək vəzifə verildi

23 Apr 2026, 12:27 1 baxış
Azər Abbasova yüksək vəzifə verildi

Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.


Kult.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.


Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasov həvalə edilib.


Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.


2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.


Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib.

Mənbə axar.az

Oxşar Xəbərlər