Digər

Avropa NATO-nun sınağından keçmədi - ABŞ

23 Apr 2026, 09:22 1 baxış
Avropa NATO-nun sınağından keçmədi - ABŞ

Prezident Donald Tramp hesab edir ki, İrana qarşı müharibədə Avropa ABŞ-a yardım etməməklə NATO-nun sınağından keçə bilmədi.


Axar.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolina Levitt deyib.


“Avropalılardan çox söz-söhbətlər eşidirik. Təəssüf ki, kifayət qədər fəaliyyət görmürük. Trampa gəldikdə isə, onun baxış bucağına görə, NATO-nu yoxladı və sınaqdan keçmədi. Onlar müdafiə üçün köməyə gəlmədi və qüvvələrini ABŞ-la birləşdirmədi”, - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər