Digər

ABŞ kəşfiyyatı Trampın İranla bağlı bu sözlərini təkzib etdi

23 Apr 2026, 02:08 1 baxış
ABŞ kəşfiyyatı Trampın İranla bağlı bu sözlərini təkzib etdi

İran ABŞ hakimiyyətinin açıq şəkildə etiraf etdiyindən xeyli daha böyük hərbi imkanlarını qoruyub saxlayır.


Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” ABŞ kəşfiyyat məlumatları ilə tanış olan rəsmilərə istinadən məlumat verib.


Onların sözlərinə görə, aprelin əvvəlində əldə olunan atəşkəs zamanı İranın sərəncamında ballistik raket arsenalının təxminən yarısı, eləcə də müvafiq buraxılış qurğuları qalmaqda idi:


“Bu qiymətləndirmə Donald Tramp administrasiyasının daha əvvəl verdiyi açıqlamalarla ziddiyyət təşkil edir. Həmin açıqlamalarda deyilirdi ki, zərbələr nəticəsində İranın hərbi potensialı əhəmiyyətli dərəcədə zəiflədilib”.


Mənbələr qeyd edir ki, vurulan ziyana baxmayaraq, Tehran raket sistemlərindən istifadə də daxil olmaqla, gələcək hərbi əməliyyatlar aparmaq qabiliyyətini qoruyub saxlayır.

Mənbə axar.az

Oxşar Xəbərlər