Digər

Hizbullah İsrail "Hammer"ini atəşə tutdu

23 Apr 2026, 00:50 1 baxış
Hizbullah İsrail "Hammer"ini atəşə tutdu

Hizbullah Livanda yaşayış məntəqəsinin atəşə tutulmasına cavab olaraq, ölkə ərazisinə daxil olan İsrailə məxsus avtomobili atəşə tutub.


Axar.az xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.


Bildirilib ki, yaraqlılar Əl-Qantara kəndində “Hammer” markalı avtomobili hədəf alıb.


Qeyd edək ki, daha əvvəl ölkənin Səhiyyə Nazirliyi İsrailin ölkənin cənubundakı bir kəndə hücumları nəticəsində iki nəfərin öldüyünü və daha iki nəfərin yaralandığını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər