Digər
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş yalnız razılaşmanın yekunlaşdırılması məqsədilə mümkündür.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əsas məsələ görüşün məqsədidir. Görüş nə üçündür? Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib. Əsas məsələ görüşün məqsədinin olması və ən əsası görüşün məhsuldar olmasıdır", - deyə Peskov qeyd edib.
Mənbə
axar.az