Digər

Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian

22 Apr 2026, 23:43 1 baxış
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian

İran həmişə danışıqları alqışlayıb, lakin ABŞ-ın blokadası və təhdidləri sülh yolu ilə həllə mane olur.


Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.


"İran İslam Respublikası dialoqu və razılaşmanı alqışlayıb və bu yanaşmanı davam etdirir. Öhdəliklərin pozulması, blokada və təhdidlər danışıqların qarşısındakı əsas maneələrdir", - deyə o bildirilib.


Qeyd edək ki, aprelin 21-də ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər